Saat:07:21
Haqqımızda

Çin Yapon gəmilərini ada sularından qovub

2024-07-04 10:46:18

Çin Yapon gəmilərini ada sularından qovub

Çinin Sahil Mühafizəsi iki ölkə arasında ərazi mübahisəsi olan Diaoyu (Senkaku) adalarının sularından Yaponiyaya məxsus balıqçı gəmiləri və patrul katerlərini sıxışdırıb çıxarıb. Bu barədə TASS məlumat yayıb.

Çin Sahil Mühafizəsinin sözçüsü Liu Dejun Çin gəmilərinin qanun çərçivəsində cavab verdiyini və lazımi tədbirləri gördüyünü vurğulayıb.

O qeyd edib ki, Diaoyu qonşu adaları ilə birlikdə Çinin ayrılmaz ərazisidir. Bundan əvvəl məlum olub ki, ÇXR daimi olaraq Tayvan ətrafındakı sularda dörd döyüş gəmisi yerləşdirib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.239171