Saat:13:55
Haqqımızda

Çin XİN sözcüsündən Vaşinqtona xatırlatma: ABŞ qanlı tarixinə baxsın

2021-09-16 11:09:00

Çin XİN sözcüsündən Vaşinqtona  xatırlatma: ABŞ qanlı tarixinə baxsın

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litsyan sentyabrın 15 -də keçirilən mətbuat konfransında ABŞ-ın hərbi cinayətlərinin uzun qanlı tarixini xatırlatdı.
Çinli diplomat qeyd edib ki, Birləşmiş Ştatların 240 ildən çox tarixində, ABŞ-ın müharibə etmədiyi cəmi 16 il olub. İkinci Dünya Müharibəsinin sonundan 2001-ci ilə qədər, 153 yerdə 248 silahlı qarşıdurmadan 201-ni ABŞ başlamışdır ki, bu da 80%-dən çoxdur. 2001-ci ildən bəri ABŞ-ın qanunsuz müharibələri və hərbi əməliyyatları 800 mindən çox insanın həyatına son qoydu və on milyonlarla insanı didərgin saldı. Həmçinin, Çin XİN rəsmisi ABŞ -ın terrorla mübarizə adı altında mülki əhalini boşuna öldürdüyünü və arxasında uzun qanlı bir iz buraxdığını vurğuladı. 2001-ci ildən bəri ABŞ müharibələrində təxminən 335.000 mülki şəxs öldü.
Amerika qoşunları Əfqanıstandan çıxmazdan əvvəl terrorla mübarizə bəhanəsi ilə yaşayış kompleksinə hava zərbəsi endirdi və nəticədə on mülki şəxs öldü. Ən kiçik qurban cəmi iki yaşında idi. 
2005-ci ildə İraqın Hadita şəhərində baş verən şok hadisədə ABŞ ordusu bir ABŞ əsgərinin ölümündən sonra yaşlılar, qadınlar və uşaqlar da daxil olmaqla 24 mülki şəxsi güllələyərək öldürdü. ABŞ-ın 2017-ci ildə Suriyanın Raqqa şəhərinə "tarixin ən dəqiq hava zərbəsi" adlandırdığı hücum bir çox mülki vətəndaşın həyatına son qoydu.
Bundan başqa, Çjao Litsyan xatırladıb ki, ABŞ birtərəfli sanksiyalar tətbiq edir və bu ölkələrdə vətəndaşların hüquqlarını ciddi şəkildə pozur. COVID-19 epidemiyasından sonra ABŞ sanksiya tətbiqini və təhdidini gücləndirdi, bu da epidemiya əleyhinə materiallar, qida çatışmazlığı, təhsil və məlumat əldə etmənin qeyri-kafi olmasına və İran, Kuba, Venesuela,Suriyada humanitar yardımın əldə edilməsinə mane oldu. BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən bu birtərəfli sanksiyalar yerli əhalinin yaşantısına və inkişafına hesabsız ziyan vurdu.
"ABŞ -ın hər addımda insan haqlarını qoruduğunu bəyan etməsi absurddur. Hərbi hücumlarda insan haqlarını qoruyurlarmı? Mülki vətəndaşları güllələyərkən və bombalayarkən insan haqlarını qoruyurlarmı? Sanksiyalardan istifadə edərkən insan haqlarını qoruyurlarmı?", Çjao Litsyan sonda soruşdu.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR