"Çin Uzaq Şərqi Rusiyadan geri almalıdır"
Hurriyyet.az "Lenta.ru" portlına istinadla xəbər verir ki, Tayvan Prezident Lay Çinde Çinə Uzaq Şərqi Rusiyadan geri almağı təklif edib. Bu barədə "Newtalk" portalı məlumat verib.
Çindenin sözlərinə görə, Çin Tayvanı öz ərazisi hesab edirsə, o halda Rusiyanın ərazisi olan Uzaq Şərqi də geri almalıdır.
1858-ci ildə Ayqun müqaviləsinin imzalanması ilə Uzaq Şərq Rusiyanın tabeliyinə keçib.
Tayvan Prezidenti deyib: "Əgər bunlar ərazi bütövlüyü üçündürsə, niyə o, Ayqun müqaviləsi ilə Rusiyaya verilmiş torpaqları geri qaytarmır?.. Siz Rusiyadan bunu istəyə bilərsiniz, lakin etmirsiniz. Buna görə aydındır ki, onların Tayvana müdaxilə eləmək istəklərinin səbəbi ərazi məsələsi deyil".
Ayqun müqaviləsi 1858-ci ildə Rusiya imperiyası ilə Çin imperiyası arasında bağlanıb. Rusiyadan onu imzalayanlardan biri (rəsmi 5000 rublluq əskinasda abidəsi təsvir edilmiş) general-adyutant qraf Nikolay Muravyov olub.
Müqaviləyə əsasən, iki ölkənin sərhədi Amur çayı boyunca bölündü, nəticədə müasir Amur vilayətinin ərazisi və Xabarovsk diyarının bir hissəsi Rusiya imperiyasının tərkibinə daxil oldu. Növbəti dəfə1860-cı il Pekin müqaviləsi ilə gələcək Primorsk ərazi Rusiyaya verildi.
Xəbər verdiyimiz kimi, RF Prezidenti Vladimir Putin bu gün məktəblilərlə görüşündə Çin dilinin əhəmiyyətinin getdikcə artdığını və nəvələrinin bu dildə sərbəst danışdıqlarını bildirib.
Hürr Tərcüman