Saat:20:33
Haqqımızda

Çin Ukraynaya ordu göndərə bilərmi? – Rəsmi

2025-02-19 09:24:13

Çin Ukraynaya ordu göndərə bilərmi? – Rəsmi

Çin sülhməramlı kontingentinin sülh sazişinin icrasına nəzarət etmək üçün Ukraynaya göndərilməsini müzakirə etmək niyyətində deyil.

Hurriyyet.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Çin həmişə Rusiya-Ukrayna münaqişəsinin dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarı olub:

“Son hadisələr Çinin təkliflərinin obyektiv, ədalətli, rasional və praqmatik olduğunu sübut etdi. Biz Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarının başlamasını alqışlayırıq. Çin bütün maraqlı tərəflərin vaxtında sülh dialoqunda iştirakını gözləyir".

Qeyd edək ki, “Ekonomist” nəşri Tramp administrasiyasının AB ölkələrinin hərbçiləri ilə birlikdə Ukraynada atəşkəs xətti boyunca Çin və Braziliyadan olan sülhməramlı qüvvələrin yerləşdirilməsini təklif etdiyini yazıb.

Axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.156000