Çin Tayvanda əməliyyat keçirəcək! “Onları vətənpərvər edəcəyik”

2022-08-05 21:20:00

Çin Tayvanda əməliyyat keçirəcək! “Onları vətənpərvər edəcəyik”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Çinin Parisdəki səfiri Lu Şey Tayvanda hərbi əməliyyat keçirilməsi ehtimalı olduğunu söyləyib. Lu bu açıqlamanı Fransanın BFMTV kanalına müsahibəsində verib. Tayvan xalqının beyninin yuyulduğunu iddia edən diplomat deyib: “Birləşdikdən sonra yenidən təlim verəcəyik. Əminəm ki, o zaman Tayvan əhalisi yenə birləşmə tərəfdarı olacaq. Tayvanlılar yenə vətənpərvər olacaqlar”. Bu sözdən sonra jurnalistin verdiyi “Təhdid yoluylamı?” sualının cavabında Lu Şey deyib: “Təhdidlə deyil, yenidən yetişdirməklə”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000110