Saat:10:35
Haqqımızda

“Çin-Tayvan müharibəsi başlaya bilər” – ABŞ Dövlət Departamentindən açıqlama

2022-12-03 08:23:00

“Çin-Tayvan müharibəsi başlaya bilər” – ABŞ Dövlət Departamentindən açıqlama

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, ABŞ təmsilçisi Çinin Tayvana qarşı müharibə aparmasının mümkün olduğunu bildirib. ABŞ Dövlət katibinin müavini Vendi Şerman deyib: “Çin ilə Tayvan arasında müharibə potensial cəhətdən mümkündür. Bunun baş verməsi mümkündür. Çünki ÇXR lideri Si Cinpin axırıncı partiya qurultayından sonra artıq Çin üzərində mütləq hakimiyyətə malikdir”.

Şerman əlavə edib ki, özünümüdafiə vasitələrinin olması üçün ABŞ Tayvana yardım edir, həmçinin Çinin qarşısını almaq üçün səy göstərir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR