Saat:08:56
Haqqımızda

Çin Talibanı Əfqanıstanın əsas siyasi qüvvəsi adlandırıb

2021-07-28 18:53:00

Çin Talibanı Əfqanıstanın əsas siyasi qüvvəsi adlandırıb

Çin radikal Taliban hərəkatını Əfqanıstanda əsas hərbi-siyasi qüvvə hesab edir. Bunu Çin XİN başçısı Van İ “Taliban” siyasi qolunun başçısı Abdullah Qəni Baradar ilə görüşdə söylədi. Bu iki şəxsin dialoqunun təfərrüatları Çin XİN saytında yayımlandı: “Əfqanıstan əfqan xalqına məxsusdur və ölkənin gələcəyi, taleyi bu xalqın əlində olmalıdır”. Onun sözlərinə görə, ABŞ hərbçilərinin ölkədən çıxarılması "Amerika siyasətinin uğursuzluğu" kimi ortaya çıxsa da, bu əfqan xalqına müstəqil inkişaf şansı verdi.

Van İ, Talibanın Əfqanıstanda barışıq yaratmaq üçün hər şeyi edəcəyinə ümidini ifadə edib. Nazir qeyd edib ki, bütün əfqan siyasi qüvvələri ölkələrini xalqlarının mənafeləri naminə həqiqətən idarə etməyə başlamaq üçün birləşməlidir. ÇXR XİN başçısı Talibanı “Şərqi Türküstan İslam Hərəkatı” və digər ekstremist qruplarla əməkdaşlıqdan çəkindirməyə çağırdı.

Hazırladı: Ülviyyə Şükürova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR