Çin Suriyanın suverenliyinin müdafiəsinə kömək edəcək
2024-12-17 12:04:10
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çin Suriyaya ərazi bütəvlüyünün müdafiəsinə və ölkədə sabitliyin bərpa edilməsinə kömək edəcəyini bildirib. Bu barədə Çin Xalq Respublikasının xarici işlər naziri Van İ beynəlxalq vəziyyət və Çin diplomatiyası üzrə konfransdakı çıxışı zamanı bəyanat verib.
Van İ deyib: "Suriyadakı vəziyyət gözlənilmədən dəyişib. Çin Suriya xalqını dəstəkləməyə davam edir, Suriyanın öz suverenliyini və ərazi bütövlüyünü müdafiə və sabitliyi bərpa etməsinə kömək edəcək".
Van İ Çinin terror təşkilatlarının fürsətdən istifadə edib ölkədə xaos yaratmasına qarşı olduğunu qeyd edib.
Hürr Tərcüman
