Saat:11:40
Haqqımızda

Çin səfiri ABŞ-a xəbərdarlıq etdi: Artıq vaxtıdır!

2022-08-13 09:22:00

Çin səfiri ABŞ-a xəbərdarlıq etdi: Artıq vaxtıdır!

Hər gün ictimaiyyət qarşısında çəkisini və etibarını daha çox itirən ABŞ-ın hegemonluğunu qorumaq üçün lazımsız cəhdlərini dayandırmağının artıq vaxtıdır.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Çinin Rusiyadakı səfiri Çan Xanxuey deyib.

"Tayvan Çin-ABŞ münasibətlərində ən mühüm, əsas və həssas məsələdir. Pelosi ABŞ-ın üçüncü önəmli siyasətçisidir. Onun hökumət təyyarəsi ilə Tayvana uçması bunun rəsmi səfər olduğunu təsdiqləyir. Həmçinin, Tayvan Diplomatik Tərəqqi Partiyası da bu səfərin ikitərəfli münasibətlərdə böyük bir irəliləyişə səbəb olduğunu vurğulayıb”, - Xanxuey qeyd edib.

Səfir vurğulayıb ki, Birləşmiş Ştatlar qarşısına çıxan heç bir vasitədən yayınmır:

“Onlar Tayvan kartını oynayırlar ki, sonra Çini ələ keçirsinlər. ABŞ-ın Soyuq müharibə yanaşması xəstə təfəkkürdür".

Səfirin sözlərinə görə, Çin və ABŞ arasında münasibətlər yalnız qarşılıqlı hörmət, dinc yanaşı yaşama, faydalı əməkdaşlıq və qarşıdurma olmadan mövcud ola bilər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR