Saat:07:51
Haqqımızda

"Çin Rusiyaya kömək etməyəcək- ABŞ və Aİ ilə dövriyyədəki 2 trilyon dollar təhlükədədir..."

2024-05-13 15:02:43

Fransada yaşayan iş adamı, Rusiya prezidenti Vladimir Putinin keçmiş dostu Sergey Puqaçov deyir ki, Çin Aİ və ABŞ ilə ticarət əlaqələrini korlamamaq üçün Ukraynaya qarşı təcavüzündə Rusiyaya kömək etməyəcək. 

Hurriyyet.az xəbər verir ki, Putinin köhnə dostu bu barədə “GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordon və baş redaktor Alesya Batsmanın yayımı zamanı bildirib.

"Çində iqtisadi vəziyyət çox pisdir. Dünya ÜDM-nin 1%-dən də az hissəsini təşkil edən Rusiya Çini maraqlandırmır. Çin artıq ondan istədiyi hər şeyi alıb. Uzaq Şərqlə bağlı bütün bu hekayələr.. Çinin kifayət qədər ərazisi var, onun üçün 1,5 milyard əhalini saxlamaq vacibdir”, - deyə Puqaçov bildirib.

O qeyd edib ki, Çinin Aİ və ABŞ ilə ticarət dövriyyəsi “təxminən bərabərdir və 1 trilyon dollara yaxındır”. İş adamının sözlərinə görə, Aİ ilə ticarət sazişləri məsələsi indi “Çin üçün 1 nömrəli”dir.

Puqaçov qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron və ABŞ hakimiyyəti Çinin “ən azı Rusiyaya kömək etməyəcəyinə” ümid edir.

"Mən düşünürəm ki, o, Rusiyaya kömək etməyə heç hazırlaşmr da... Ona görə ki, 2 trilyon dollar dövriyyəsi risk altındadır və digər tərəfdən, artıq sizə təslim olmuş bir ölkə(yəni Rusiya-S.L.) var",- deyə keçmiş bankir vurğulayıb.

KONTEKST

-Rusiyanın Ukraynaya hücumu başlayandan bəri Çin açıq şəkildə neytral mövqe nümayiş etdirir və danışıqlara çağırır, lakin BMT-də çox vaxt Rusiya ilə eyni şəkildə səs verir və medianın məlumatına görə, onu hərbi texnika ilə təmin etməsi ehtimalı var.

-Son aylarda, ABŞ-yə görə, Çin Rusiya Federasiyasına dəstəyi artıraraq onu kəşfiyyat məlumatları, hərbi texnika üçün optika, raket yanacağı, tank istehsalı üçün dəzgahlar və digər mallarla təmin edib. ABŞ prezidenti Co Bayden aprelin 2-də Çin lideri Si Cinpinə söhbətində bununla bağlı narahatlığını bildirib.

-ABŞ Dövlət Departamentinin aprelin 8-də verdiyi məlumata görə, ABŞ Dövlət katibi Antoni Blinken də müttəfiqləri ilə söhbətində Çin və Rusiya arasında əməkdaşlığın xarakterindən, xüsusən də Rusiya hərbi-sənaye kompleksinə yardımdan narahatlığını bildirib.

-"Ukrayna Çinin İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitində təmsil olunmasını təmin etmək üçün səylər göstərir və Si Cinpini də toplantıya dəvət edib"- Prezident Ofisindən bildirilib. O, hələlik dəvətə ictimai reaksiya verməyib. Almaniya kansleri Olaf Şolzla görüşdən sonra Si Cinpin bildirib ki, o, “Ukrayna böhranı”nın həlli üçün sülh konfransının keçirilməsinə tərəfdardır, lakin bu konfransda həm Rusiya, həm də Ukrayna iştirak etməlidir...

Moderator.az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.268393