Çin Rusiyadankənar ərazi ilə Avropaya yeni daşıma marşrutu açıb: Yüklər Azərbaycan üzərindən daşınacaq

2022-04-20 12:15:00

Çin Rusiyadankənar ərazi ilə Avropaya yeni daşıma marşrutu açıb: Yüklər Azərbaycan üzərindən daşınacaq

Çin hökuməti Sian şəhərindən Avropaya yükdaşımalar üçün Rusiyadankənar ərazilərlə yeni dəmiryol marşrutunu işə salıb. Bu marşrutla qatarlar Siandan Xəzər dənizi və Qara dənizdən keçməklə Almaniyanın Manheym şəhərinə çatacaq.

Hurriyyet.az xəbər verir ki, Sian şəhər gömrük idarəsinin saytında yerləşdirilən məlumata görə, 316 ton ümumi çəkidə olan 42 konteynerdən ibarət ilk qatar  aprelin 13-dən Siandan yola salınıb. Qatar Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya, Çexiyadan keçməklə son təyinat nöqtəsinə çatacaq. Bu marşrutun uzunluğu 11,3 min kilometr təşkil edəcək.

Çinin “Sinxua” agentliyinə danışan “Xi'an Free Trade Port Construction and Operation Co” şirkətinin rəhbəri Yuan Syaotsziyanın dediyinə görə, indiyədək Çinlə Avropa arasında az istifadə olunan bu yolla daşımaların artırılması həm Çin, həm də digər ölkələrin şirkətləri üçün yeni bazarlar açır.

Sian gömrük idarəsi isə bəyan edib ki, bu, şəhərlə Avropa arasında yük qatarlarının hərəkət etdiyi 16-cı marşrutdur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya