Saat:08:53
Haqqımızda

Çin Rusiyadan enerji resurslarının alışını artırır

2022-05-20 16:44:00

Çin Rusiyadan enerji resurslarının alışını artırır

Çin Rusiyadan getdikcə daha çox enerji resursları almağa davam edir. Bu barədə "Reuters" xəbər verir.

Göstəricilərə əsasən hətta virusun yenidən canlanması səbəbindən daxili tələbatın azalması və ABŞ ilə Avropanın satınalmadan geri çəkilməsinə baxmayaraq neft, qaz və kömür alışları aprel ayında 75% artaraq 6 milyard dolları ötüb.
Apreldə Rusiyadan Çinə satılan neftin bir barelinin orta qiyməti 99,75 dollar/barel olub. Bu isə aprel ayının orta Urals qiymətindən 41,4% yüksəkdir.
"Reuters"in xəbərinə görə, Çin digər ölkələrdən olan rəqiblərinə nisbətən daha böyük endirimlə Rusiya neftinin idxalını artırır.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR