Çin ordusu Tayvan yaxınlığındakı çimərliyə tanklarını çıxardı - VİDEO

2022-08-02 16:26:00

Çin ordusu Tayvan yaxınlığındakı çimərliyə tanklarını çıxardı - VİDEO

Çin hökuməti Tayvanla üzbəüz Fujian əyalətindəki çimərliyə tanklar çıxarıb. Ölkə hakimiyyəti bu qərarı ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin mümkün səfəri fonunda verib.

Şahidlər hadisə yerindən tank karvanının hərəkəti ilə bağlı kadrları paylaşıblar.

Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin bildirib ki, Pelosi Tayvana səfər edərsə, Çin dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kəskin tədbirlər görəcək.

Bundan əvvəl Çin lideri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə telefon danışığında ada ilə bağlı vəziyyətdə “odla oynamamağa” çağırıb.

Mənbə: Daily Storm

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000096