Saat:23:10
Haqqımızda

"Çin olmasa, Putin Rusiyası heç nədir"

2025-09-24 13:08:43

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfəri çərçivəsində BMT Təhlükəsizlik Şurasının Rusiya-Ukrayna müharibəsinə həsr edilmiş iclasında çıxış edib. O, Rusiyanın Çindən asılı olduğunu və Pekinin Ukraynadakı müharibəni dayandıqmaq iqtidarında olduğunu, lakin bunu etmədiyini deyib.
Zelenski deyib: "Çin həqiqətən də bu müharibəni dayandırmaq istəsəydi, Moskvanı müdaxiləni dayandırmağa məcbur edə bilərdi".
Ukrayna Prezidenti deyib: "Çin olmasa, Putin Rusiyası heç nədir. Lakin Çin çox vaxt susur və sülh uğrunda fəallıq etmək əvəzinə, bir kənarda durur".
Zelenskinin sözlərinə görə, Rusiyanı müharibəni dayandırmağa məcbur edəcək daha bir ölkə ABŞ-dir.
Zelenski deyib: "Moskva Amerikadan qorxur və həmişə ona diqqət yetirir".
Zelenski RF Prezidenti Vladimir Putinin şəxsən birbaşa sülh danışıqları aparmaqdan qorxduğunu da bəyan edib: "Bu adam Ukrayna ilə üzbəüz oturub sülhdən danışmaqdan və yalnız müharibə istədiyini aşkar etiraf etməkdən qorxur. Bunun əvəzinə, qan tökülməsini dayandıra bilməyən və istəməyən nümayəndələr göndərir".
Hürr Tərcüman