Çin MN ABŞ-a xəbərdarlıq etdi: “Əlimizi yanımıza salıb gözləməyəcəyik”

2022-07-26 18:14:00

Çin MN ABŞ-a xəbərdarlıq etdi: “Əlimizi yanımıza salıb gözləməyəcəyik”

Hurriyyet.az “Komsomolskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Çinin Müdafiə Nazirliyi ABŞ Nümayəndələr Palatasının başçısı Nensi Pelosinin Tayvana səfər etməyi planlaşdırması barəsində xəbərləri narazılıqla qarşılayıb, onun adaya gələcəyi təqdirdə, buna hərbi cavab verəcəklərini bəyan edib.

Açıqlamada deyilir: “ABŞ Nümayəndələr Palatasının sədrli Nensi Pelosi Tayvana gələcəyi zaman Çinin Silahlı Qüvvələri əlini yanına salıb gözləməyəcək. Çin hərbçiləri ölkənin daxili işlərinə xaricdən qarışmaq cəhdlərinin qarşısını almaq üçün qəti tədbirlər görməyə hazırdırlar”.

Çin MN rəsmi təmsilçisi Tan Kefeya deyib: “Çin ABŞ-ın “Tayvanın müstəqilliyini” dəstəkləməməklə bağlı vədlərini real şəkildə yerinə yetirməsini, həmçinin Pelosinin Tayvana səfərini təşkil eləməməsini tələb edir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060773