Çin lideri Si Szinpin yazda Moskvaya səfər edəcək

2022-12-30 13:54:00

Çin lideri Si Szinpin yazda Moskvaya səfər edəcək

Bu gün Çin lideri Si Szinpin ilə preizdent Putin videobağlantı vasitəsilə görüşüb. Putin gələn il Si Szinpini Moskvaya dəvət edib.
Putin bildirib ki, 2022-ci ilin sonuna qədər Rusiya ilə Çin arasında ticarət təqribən 25% artacaq və dövriyyənin 200 milyard dollarlıq həddinə vaxtından əvvəl çatmaq ehtimalı var. Həmçinin, Putin Si ilə videogörüşdə açıqlayıb ki, Rusiya və Çinin beynəlxalq arenada koordinasiyası ədalətli dünya nizamının yaradılmasına xidmət edir, iki ölkə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcək. 
Beləliklə, Si Szinpinin yazda Moskvada dövlət səfəri gözlənilir və bu, diplomatik protokolda beynəlxalq təmasların ən yüksək səviyyəsində baş tutacaq.
"Bu, bütün dünyaya əsas məsələlərdə Rusiya-Çin əlaqələrinin gücünü nümayiş etdirəcək”, deyə prezident Putin bildirib.
Xatırladaq ki, Putinin bu dəvəti ərəfəsində Si Szinpin də, "çətin beynəlxalq vəziyyət fonunda Çin Rusiya ilə siyasi əməkdaşlığı artırmağa, qlobal tərəfdaş olmağa hazırdır" deyə bildirmişdi.

Ülviyyə, Hurriyyet.az

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.131445