Çin fələstinliləri dəstəkləyəcək
Hurriyyet.az xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Fələstin xalqını dəstəklədiklərini bəyan edib, Fələstin probleminin həlli üçün dünya dövlətlərinin əməkdaşlığının mühüm olduğunu qeyd edib.
Çin lideri Pekinin Fələstin xalqına dəstəyini davam etdirəcəyini söyləyərək deyib: "BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, Çin Fələstin xalqının qanuni milli hüquqlarının bərpasında haqlı işini qətiyyətlə dəstəkləyir. Çin beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməyə və Fələstin məsələsinin tez, hərtərəfli, ədalətli və davamlı həllinə nail olmaq üçün yorulmadan səy göstərməyə davam edəcək."
O, Fələstin məsələsinin dünya siyasəti üçün beynəlxalq əməkdaşlığın möhkəmliyini sınayan qlobal çağırış olduğunu deyib. Si Cinpinin sözlərinə görə, Pekin məsələnin kökündəki səbəbləri nəzərə almaqla həll edilməsinə və tarixi ədalətsizliklərin aradan qaldırılmasına çağırır. Cinpin FƏləstin məsələsinin həllinin regiondakı sabitliyin açarı olduğunu qeyd edib.
Hürr Tərcüman
