"Çin "Bir yol - bir yol" adlı yeni qlobal logistika marşrutuna ciddi investisiya qoymağı düşünməkdədir" - ZAUR MƏMMƏDOV

2022-04-29 13:26:00

"Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Cənubi Koreyadan yük və konteynerlərin daşınması üçün sifariş alan Bakı-Tbilisi-Qars-İstanbul dəmir yolu fasiləsiz rejimdə işləyəcək"

"Çin Cənubi Qafqaz vasitəsilə 240 milyon ton yükü Avropaya yönləndirib. Pekin ixracatçı şirkətləri beynəlxalq sanksiyalardan qorumaq üçün Rusiya ərazisindən bütün növ malların daşınmasından imtina edib. Qazaxıstanın Aktau, Azərbaycanın Ələt, Gürcüstanın Poti, Türkiyənin İstanbul, Rumıniyanın Konstansa dəniz limanları vasitəsilə tranzit həyata keçirilməkdədir". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Politoloq qeyd edib ki, Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Cənubi Koreyadan yük və konteynerlərin daşınması üçün sifariş alan Bakı-Tbilisi-Qars-İstanbul dəmir yolu fasiləsiz rejimdə işləyəcək. Onun sözlərinə görə, Çin hökuməti Avrasiyanın orta xəttindəki "Bir yol - bir yol" adlı yeni qlobal logistika marşrutuna ciddi investisiya qoymağı düşünməkdədir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya