Saat:19:42
Haqqımızda

Çin: “ABŞ Suriyanın neftini, taxılını qarət edir, bundan yüzmilyardlarla dollar qazanır”

2022-12-02 16:44:00

Çin: “ABŞ Suriyanın neftini, taxılını qarət edir, bundan yüzmilyardlarla dollar qazanır”

“ABŞ hərbçilərinin Suriyaya yerləşdiirlməsi qanunsuzdur, Suriya neftinin qarət edilməsi və taxılının ələ keçirilməsi qanunsuzdur, Suriyaya raket zərbələrinin endirilməsi qanunsuzdur”

Hurriyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Çjao Litszyan Vaşinqtonun Suriyanı qarət elədiyini və Birləşmiş Ştatların qorumağa çalışdığını iddia elədiyi beynəlxalq hüququ ABŞ-ın özünün daima pozduğunu bəyan edib.

Çin XİN-in açıqlamasında deyilir: “Suriya tərəfinin rəsmi statistikasına görə, 2011-ci ildən bu ilin birinci yarısına qədər Amerika hərbçilərinin Suriyanın yeraltı sərvətlərini qanunsuz şəkildə talan eləməsi Suriyaya yüzmilyardlarla dollar zərər vurub. ABŞ hərbçilərinin Suriyaya yerləşdiirlməsi qanunsuzdur, Suriya neftinin qarət edilməsi və taxılının ələ keçirilməsi qanunsuzdur, Suriyaya raket zərbələrinin endirilməsi qanunsuzdur”.

Diplomat onu da qeyd edib ki, ABŞ “müntəzəm şəkildə beynəlxalq hüququ və beynəlxalq qaydaları pozur, indi isə özünü qaydalara əsaslanan dünya nizamının qorunması üçün daim səy göstərirmiş kimi təqdim edir. ABŞ-ın qondarma qaydaları – öz maraqlarına xidmət eləməsini və hegemonluğunu qorumasını ört-basdır eləmək və bunlara bəraət qazandırmaqdan başqa bir şey deyil”.

Hürr Tərcüman

Война в Сирии: всё-таки из-за нефти - Владимир Васильев - ИА REGNUM

В МИД КНР потребовали, чтобы НАТО перестало очернять Китай - ИА REGNUM

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR