Çin ABŞ-a xəbərdarlıq etdi: “Ehtiyatlı olun!”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Çin ABŞ-a Tayvanla bağlı çıxışılarında ehtiyatlı olması üçün xəbərdarlıq edib.
Çin Xalq Respublikasının ABŞ-dakı səfirliyinin mətbuat katibi Lyu Penyuy deyib: “Birləşmiş Ştatlar Tayvanla bağlı addımlarında və çıxışlarında ehtiyatlı olmalıdır”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun Tayvanı istənilən potensional, o cümlədən Çin tərəfdən gələ biləcək təcavüzdən müdafiə eləmək üçün zəruri olan hər şeylə təmin eləmək niyyətində olduğunu bildirmişdi. Blinkenin bu sözlərinə şərh verən Çin səfirliyi əməkdaşı deyib: “Biz Çin ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərə, həmçinin, Tayvan boğazının hər iki tərəfindəki sülh və sabitliyə ciddi zərər vurmaması üçün ABŞ-ı separatçı qüvvələrə “Tayvanın müstəqilliyini” dəstəkləyən yanlış siqnallar göndərməkdən qaçmağa çağırırıq. Tayvan məsələsi – sırf Çinin daxili işidir, Çin üçün bu məsələyə xaricdən müdaxilə yolverilməzdir ”.
Diplomat ABŞ-ın “vahid Çin” prinsipini dürüstlüklə dəstəkləməsinin zəruri olduğuna və Çinlə ABŞ arasındakı 3 razılaşmanın çərçivəsindən çıxmayacağına inandığını bildirib”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya