Çimərliklərə getsəniz, sizi BU TƏHLÜKƏ gözləyir – Nazirlikdən XƏBƏRDARLIQ

2022-05-31 14:55:00

Çimərliklərə getsəniz, sizi BU TƏHLÜKƏ gözləyir – Nazirlikdən XƏBƏRDARLIQ

Çimərlik mövsümünün rəsmi açılışına sayılı günlər qalıb. Baxmayaraq ki, havaların istiləşməsi ilə əlaqədar əhali artıq çimərliklərə üz tutub. 

Bəs paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına Xəzər dənizindəki hansı çimərliklərə getməsi tövsiyyə olunur?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Bizim.Media-ya açıqlamasında bildirib ki, “yeni çimərlik mövsümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə mayın 16-dan etibarən Xəzər dənizinin rekreasiya zonalarında, çimərlik ərazilərində monitorinqlər aparılır.

Monitorinqlərin nəticələri növbəti həftədə ictimaiyyətə açıqlanacaq”.Nazirliyin sözçüsü paytaxt sakinlərinə tövsiyyə edib ki, monitorinqlərin nəticələri elan olunana qədər çimərliklərə getmək olmaz:

“Çünki, hansı çimərliyin ekoloji cəhətdən daha təmiz olması hələlik bəlli deyil. Ona görə də səbrli olub sağlamlığınızı təhlükəyə atmayın, monitorinqlərin nəticəsini gözləyin”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya