“Çimərliklərdə geyimlə bağlı “qırmızı xətti” keçməməyə çalışmaq lazımdır” - Deputat

2022-07-28 22:57:00

“Çimərliklərdə geyimlə bağlı “qırmızı xətti” keçməməyə çalışmaq lazımdır” - Deputat

"Azərbaycanda din dövlətdən ayrıdır. Bütün dini cərəyanlara hörmətlə yanaşırıq, onların ibadət etmələri üçün heç bir əngəl yoxdur. Azərbaycanda belə demokratik dəyərlər mövcuddur. Lakin çimərliklərlə bağlı məsələlərə gəlincə, çox adam bu barədə müxtəlif fikirlər səsləndirə bilər. Əlbəttə, qadınlarla kişilərin ayrı çimərliklərdən istifadəsini təşkil etmək olar, amma elə insanlar da var ki, onlar çimərliyə öz ailəsi, uşağı ilə bir yerdə getmək istəyirlər. Bunu da ayırmaq düzgün deyil axı”.
Hurriyyet.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.Deputat bildirib ki, 5-10 nəfərin fikrini bütün xalqın fikri kimi qəbul etmək düzgün deyil:
"Ola bilsin ki, bəzi insanlar çimərliklərin ayrı olması istəyi ilə bağlı müraciət edir. Qadınların və kişilərin ayrı şəkildə istifadə edə biləcəyi çimərlikləri təşkil etmək olar, amma bizim ümumi istifadə edə biləcəyimiz yerlərimiz də olmalıdır. Məsələn, idman zallarında olduğu kimi. Elə idman zalları var ki, orada qadınların və kişilərin vaxtı ayrıdır. Elə zallar da var ki, onlar qarışıqdır, yəni orada kişilər və qadınlar bir yerdə məşq edirlər. Bir sözlə, insanların fikri müxtəlifdir. Biri deyir, ailəmlə, uşağımla getmək istəyirəm, biri də deyir ki, yox, elə ayrı olsa, daha yaxşıdır. Amma hər bir vəziyyətdə azlıq çoxluğa tabedir. Çoxluğun istədiyini qəbul etmək daha düzgündür.
Ümumiyyətlə, demokratik fikirli olmaq daha yaxşıdır. Əlbəttə, dinimizə də hörmətlə yanaşıram. Sadəcə, çimərliklərdə bəzən geyim tərzlərini, böyük-kiçiyi, uşaqları, gəncləri nəzərə almaq və "qırmızı xətti” keçməməyə çalışmaq lazımdır. Əsas məsələ bundan ibarətdir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.052228