Çikaqo qana boyandı
2025-07-03 14:03:18

Hurriyyet.az xəbər verir ki, ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində kütləvi atışma baş verib.
Şəhərin gecə klubunun qarşısındakı atışma nəticəsində azı 3 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Bu barədə "CBS News" telekanalı məlumat verib.
Hadisənin iyulun 2-də, axşam saatlarında (Çikaqo vaxtı Bakı vaxtından 9 saat geridədir) baş verdiyi bildirilir. İlkin məlumata görə, klubun müştəriləri oradan çıxarkən naməlum şəxslər avtomobildən atəş açıblar.
Polis araşdırma aparmağa başlayıb. Cinayətin motivləri, həmçinin atəş açanların şəxsiyyəti barəsində məlumat verilmir.
Hürr Tərcüman
