Saat:11:10
Haqqımızda

"CİBGİRLƏR PULUMUZU MƏNİMSƏYİRLƏR" - Naxçıvan Şəhər Mənzil İstismar İdarəsinin işçiləri "bayram pulları"nın kəsilməsinə etiraz edir

2025-04-01 10:58:21

Naxçıvan Şəhər Mənzil İstismar İdarəsinin bir qrup işçisi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllifləri "bayram pulları"nın kəsilməsinə etiraz edirlər:

"Hörmətli redaksiya!

İşdən çıxarılacağımızı bildiyimiz üçün sizdən adımızı qeyd etməmənizi xahiş edirik. Çünki bizi daima işimizlə təhdid edirlər. Məhz bu səbəbdən də ad verməkdən ehtiyat edirik.

Qeyd edək ki, bu idarənin rəhbər heyəti biz işçilərin cibinə girir. Haqqımız olanı vermir. Prezidentin fərmanını saymırlar. Hansı ki, fərmana əsasən, bizlərə ildə 3 dəfə əmək haqqımızın 2 misli qədər "bayram pulu" verilməlidir.  Lakin cibgirlər pulumuzu mənimsəyirlər.

Bizə ən yaxçı halda 30 faiz "bayram pulu" ayırırlar. Haqqımızı tapdalayırlar.

Xahiş edirik, müraciətimizi işıqlandırın ki, lazımı qurumlar görsün, bəlkə bir tədbir görülə".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.222496