Saat:04:09
Haqqımızda

CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...

2024-05-09 09:24:53

CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...

Türkiyənin ana müxalifət partiyasının Azərbaycanla münasibətləri pis ola bilməz.

Hurriyyet.az xəbər verir ki, bunu Habertürk TV-yə müsahibəsində Türkiyənin ən böyük müxalifət partiyası CHP lideri Özgür Özəl deyib.

"Əgər səhvimiz varsa, onu düzəltmək lazımdır", - o bildirib.

Özəl yaxın günlərdə Azərbaycana səfər edəcəyini də açıqlayıb.

Xatırladaq ki, CHP-nin ozamankı lideri Kılıçdaroğlu “tarixi İpək Yolunun dirçəldilməsi” adlandırdığı “Türk Yolu Layihəsi”nin təqdimatını edərkən Azərbaycanı buraya daxil etməyib. Özəl buna görə üzr istəyib. O qeyd edib ki, “CHP Azərbaycan qarşısında günahını yumaq üçün əlindən gələni edəcək”.

olke.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.319480