""Ceyrankeçməz" çayı yaxınlığında salınmış ağacların çoxu baxımsızlıq üzündən quruyub" - FUAD QƏHRƏMANLI

2023-09-05 14:28:46

"Belə idarəçilik olmaz, hər qarış torpağın, hər ağacın hesabını aparılmalı, torpaqdan maksimum fayda götürülməsi dövlətin əsas qayğılarından biri olmalıdır"

"Hər dəfə hansısa rayona səfərə çıxanda yol kənarında gördüyüm problemlərdən yazıram. Bu dəfə də yolumuz Ağsuyadır. Bu yolu gedənlər Bakı-Şamaxı yolunun 70-ci kilometrində "Ceyrankeçməz" çayı yaxınlığında yolun sağ tərəfində salınmış yaşıllıq sahəsinin bərbad halda olduğunu bilir. Yol kənarındakı sahədə baxımsızlıq üzündən ağacların çoxu quruyub. İnsan bu mənzərəyə baxanda sanki ağaclar dil açıb fəryad edir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı deyib.

Bu ağacların əkilməsi üçün dövlət büdcəsindən külli miqdarda vəsaitin xərcləndiyini, onları sulamaq üçün damcı yolu ilə suvarma sisteminin də qurulduğunu qeyd edən siyasi şərhçi bildirib ki, sistem normal işləmədiyinə görə və səhlənkarlıq üzündən ağaclar kütləvi şəkildə quruyur: "Niyə bu ağaclar kütləvi şəkildə qurrumalıdır? Niyə bu işə məsuliyyət daşıyan məmurların yaxasından tutulub hər ağacın hesabı onlardan sorulmur? Belə idarəçilik olmaz, hər qarış torpağın, hər ağacın hesabını aparılmalı, torpaqdan maksimum fayda götürülməsi dövlətin əsas qayğılarından biri olmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137044