Ceyranbatan su kanalında 1 nəfər batdı
2024-04-20 17:36:13

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri alınan məlumatla əlaqədar dərhal əraziyə cəlb edilib.
