"Ceyhun Əsgərov müalicədən imtina edir" - TƏBİB-dən AÇIQLAMA

2022-09-09 16:37:00

“Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinin nəzarətindədir. Onun Mərdəkan ərazisində yaşadığı ünvana təcili və təxirəsalınmaz tibbi yardım briqadası göndərilib”.

Hurriyyet.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova deyib.  

O bildirib ki, hazırda tibbi briqada onun evindədir və yardım göstərməyə çalışırlar:  

"Lakin Ceyhun Əsgərov yardımdan imtina edir. Hazırda biz Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş direktoru ilə danışıqlar aparırıq. Hüquq-mühafizə orqanlarının müşayiəti ilə psixoloji yardım briqadasının evinə göndərilməsi və onun dispanser nəzarətində yatırılmasının təmin edilməsinə çalışırıq.

Çünki Ceyhun Əsgərovun intensiv həkim nəzarəti altında müalicə almasına ehtiyac var. Səhiyyə Nazirliyi ilə birgə onun xəstəxanaya yerləşdirilməsinə bir neçə dəfə cəhd etmişik. Müəyyən müddət müalicə alıb, amma kursu davam etdirmədiyi üçün yenidən bu vəziyyətlə qarşılaşır".

Bizim.media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057937