Ceyhun Bayramov və Etibar Mirzəyev xilasedicilərimizin əməliyyat apardığı ərazidə - Foto
2023-02-11 14:10:00
.jpg)
Kahramanmaraşda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov zəlzələ bölgəsində Azərbaycan FHN-in xilasedicilərinin əməliyyat apardığı ərazidə olub.
Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan XİN rəhbərini türkiyəli həmkarı Mövlud Çavuşoğlu və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşayiət edir.
Qeyd edək ki, hazırda həmin ərazidə FHN-in axtarış-xilasetmə qrupları çalışır. Etibar Mirzəyev burada görülən işlərlə bağlı Ceyhun Bayramova və Mövlud Çavuşoğluna məlumat verib.
Burdan sonra FHN tərəfindən quraşdırılmış mobil səhra hospitalına baş çəkəcəklər.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya