Ceyhun Bayramov Macarıstana getdi
2023-09-04 09:55:34

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.
XİN-dən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, C.Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər nəzərdə tutulur.
XİN rəhbəri səfər çərçivəsində, Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcək.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya