Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb - YENİLƏNİB + FOTO/VİDEO

2023-04-12 13:02:00

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin təkbətək görüşündən sonra geniştərkibli görüş keçirilib.

Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

C.Bayramov təşkilat sədrini Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.

Danışıqlardan sonra C.Bayramovla B.Osmani birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, ATƏT sədri Azərbaycanda səfərdədir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.197817