Saat:23:37
Haqqımızda

Ceyhun Aşurov: Vizanın ləğvi BƏƏ ilə Azərbaycan arasında turist səfərlərini intensivləşdirəcək

2023-05-19 13:59:00

Ceyhun Aşurov: Vizanın ləğvi BƏƏ ilə Azərbaycan arasında turist səfərlərini intensivləşdirəcək
“Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər çox yüksək səviyyədədir, bu isə qarşılıqlı olaraq vizanın ləğvinə gətirib çıxartdı”.

Bunu AFN.az-a açıqlamasında “Smart Hotels Management” hotel idarəetmə şirkətinin təsisçisi və rəhbəri Ceyhun Aşurov bildirdi. Onun sözlərinə görə, BƏƏ ilə Azərbaycan arasında viza alınması qaydalarına edilən yeni dəyişikliklərə əsasən, hər iki ölkənin ümumvətəndaşlıq pasportu olan sakinləri bir-birinə səfər edə biləcək, 3 ay müddətində qala biləcək: “Bu qaydanın turist sayına təsirinə gəlincə, bu istənilən halda olacaq. Statistikanı nəzərdən keçirdikdə məlum olur ki, BƏƏ-dən Azərbaycana gələn turist sayında kəskin dönüş 2015-ci ildən sonraya təsadüf edir. Buna qədərki turist sayı sonrakı say nisbətinə görə 25 dəfə azdır. 2016-cı ildə 53 min BƏƏ vətəndaşı səfər edib ölkəmizə. 2017-ci ildə bu ölkədən gələn turistlərin sayında pik yaşanıb – 102 min nəfər. Bunun da əsas səbəblərindən biri Azərbaycan iqtisadiyyatında baş verən 2 inflyasiya, ölkəmizdə turizmin inkişafı istiqamətində atılan addımlar idi. Azərbaycan onlar üçün daha əlçatan bazar, yeni bir destinasiya idi. Nəzərə alaq ki, birbaşa hava əlaqəsi də var idi Körfəz ölkələri ilə, o cümlədən də Birləşmiş Ərəb Əmirlikləri ilə. Pandemiyaya qədər bu say yüksək olaraq qalıb. Lakin pandemiyadan sonra hələ ki bu ölkədən olan turist sayını artırmağa nail ola bilməmişik. 2021-ci ildə cəmi 17 min nəfər səfər edib ölkəizə”.
Ceyhun Aşurov qeyd edib ki, Azərbaycan vətəndaşları üçün də Dubay həmişə maraqlı destinasiya olub. İstər şoppinq festivallarında, istər burada qış və payız olanda bizim vətəndaşlar Dubaya getməyi sevirlər. Xüsusilə də bəzi aylarda hava yolu şirkətlərinin endirim paketləri olur ki, bizim vətəndaşlar bundan da faydalanırlar.
Mütəxəssisin fikrincə, turizmdə istənilən asanlaşma, istənilən məhdudiyyətin götürülməsi bunu edən ölkə üçün bir turizm aktivliyi yaradır: “Bu baxımdan, haqqında danışdığımız qayda qüvvəyə mindikdən sonra istər Azərbaycan vətəndaşlarının BƏƏ-yə, istər də Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının ölkəmizə səfərlərində intensivlik müşahidə olunacaq. Bu təkcə vizanın ləğvi ilə bağlı deyil, burada müntəzəm uçuşların təşkili də mühüm rol oynayır. Çünki turist hansı ölkəyə səfər edəcəyi barədə qərar verərkən bütün nüansları diqqətə alır”.
1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR