Çexiyada sərnişin və yük qatarı toqquşdu

2023-09-14 23:51:14

Çexiyada sərnişin və yük qatarı toqquşdu

Çexiyanın Mlada Boleslav şəhəri (ölkənin şimal-qərbində) yaxınlığında sərnişin və yük qatarı toqquşub, üç nəfər yüngül xəsarət alıb.

Bu barədə təcili yardımın mətbuat katibi Monika Novakova jurnalistlərə deyib.

"Cümə axşamı günorta saatlarında Mlada Boleslav şəhəri yaxınlığında sərnişin və yük qatarı toqquşub. Görünür, sərnişin qatarının maşinisti dayanma işarəsinə fikir verməyib və yük qatarına tərəf hərəkət edib. Sərnişin qatarında 37 nəfər olub, onlardan 3-ü yüngül bədən xəsarətləri alıblar. Onların hamısına həkimlər tərəfindən lazımi yardım göstərildikdən sonra Mlada Boleslav şəhərindəki xəstəxanalardan birinə aparılıb”, - Novakova bildirib.\\Axar.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.155180