Çexiya təcili şəkildə Rusiya qazına alternativ axtarır

2022-05-30 11:56:00

Çexiya təcili şəkildə Rusiya qazına alternativ axtarır

"Spisok" internet nəşri yazır ki, Çexiya Omanda qaz sənayesinin inkişafına milyardlarla kron (on milyonlarla avro) investisiya qoymağı planlaşdırır, bu yolla ölkə üçün sabit və optimal qiymətlərlə uzunmüddətli LNG tədarükünü təmin etmək imkanı əldə edir.
TASS xəbər verir ki, bu yaxınlarda Çexiyanın sənaye və ticarət nazirinin üç müavini Omanın enerji şirkəti "Oman LNG"nin rəhbərliyi ilə danışıqlar aparıb. Söhbət sultanlıqda qaz yataqlarının işlənməsinə və qaz kəmərlərinin çəkilməsinə respublikadan böyük investisiyaların yatırılmasının mümkünlüyündən gedir. Bunun müqabilində Praqa gələcək onilliklər üçün zəmanətli ucuz qaz tədarükünü almaq istəyir.
Danışıqlar hələ ilkin mərhələdədir və nəşrin fikrincə, növbəti aylara qədər uzana bilər. Çexiya təcili neft-qaz əldə etmək üçün alternativ variantlar axtarır, hələ ki, bütün bu ehtiyacları Rusiya ödəyir. Praqa Yaxın Şərqin zəngin təbii enerji ehtiyatlarına xüsusi diqqət yetirir.
Omandan başqa, Çexiya BƏƏ və Qətəri də bu planda gözdən keçirir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya