Çexiya Prezidenti xəstəxanadan EVƏ BURAXILIB
2021-11-27 22:26:00
Çexiyanın koronavirus aşkarlandığı 77 yaşlı Prezidenti Miloş Zeman xəstəxanadan evə buraxılıb.
Bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, Prezident ambulator müalicə kursu keçəcək.
Qeyd edək ki, noyabrın 25-də dövlət başçısının COVID-19 testi müsbət olub. Miloş Zeman həkimlərin tövsiyəsi ilə Praqadakı hərbi hospitala yerləşdirilmişdi.
O, oktyabrın 10-dan noyabrın 25-dək bu xəstəxanada müalicə kursu keçmişdi. Zeman bir neçə gün bundan əvvəl koronavirus əleyhinə üçüncü peyvəndi vurdurub. \\Report