Çexiya Prezidenti könüllülərin Ukraynaya getmək müraciətinə cavab verdi

2022-05-11 18:42:00

Çexiya Prezidenti könüllülərin Ukraynaya getmək müraciətinə cavab verdi

Hurriyyet.az xəbər verir ki, Çexiya Prezidenti ölkə vətəndaşlarının Ukraynanın Silahlı Qüvvələrində xidmət eləməsinə icazə verib.

Çexiya Prezidenti Miloş Zeman 103 nəfər Çexiya vətəndaşının Ukrayna SQ sıralarına qoşulmasına icazə verib. Prezidentin qərarını ölkənin Baş naziri Peter Fiala da imzalamalıdır.

Martın əvvəlində mətbuatın verdiyi açıqlamada 600 nəfərdən artıq Çexiya vətəndaşının Ukraynadakı Beynəlxalq legionun sıralarına qoşulmaq üçün müraciət elədiyi xəbər verilmişdi.

Çexiya hökuməti Ukraynada Rusiyanın hərbi müdaxiləsinə qarşı vuruşmaq istəyən vətəndaşları cinayət məsuliyyətinə cəlb eləməməyi qərara alıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya