Saat:04:21
Haqqımızda

"Çexiya parlamentinin Deputatlar Palatasının sədrinin ölkəmizə səfərinə icazə verilməməlidir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2024-02-01 13:21:16

"Çünki xanım Pekarova Ermənistan rəsmiləri ilə görüşündə anti-Azərbaycan mövqeyi ortaya qoyub"

"Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova regiona səfəri çərçivəsində Ermənistan rəsmiləri ilə görüşündə anti-Azərbaycan mövqeyi ortaya qoyub. İki ölkə arasında sülhə dəstək vermək əvəzinə Azərbaycanı absurd olaraq ittiham edib. Xanım Pekarova Ermənistana dəstək verə bilər, amma bu dəstəyi anti-Azərbaycan mövqeyi ilə ortaya qoyursa, rəsmi Bakı onun ölkəmizə səfərinə icazə verməməlidir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, Çexiya-Azərbaycan əlaqələri daim normal müstəvidə inkişaf edib, hətta Azərbaycan müharibədən əvvəl Çexiyadan silahlar tədarük edib: "Çexiya Deputatlar Palatasının sədrinin radikal şəkildə Azərbaycanı ittiham etməsi Ermənistanın regionda blokadada qalmasına xidmət edir. Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanmasını istəyirsə, anti-Azərbaycan siyasətinə son verməsi tələb edilməlidir. Ermənistana deyilməlidir ki, Azərbaycana qarşı bu siyasət davam etdiyi müddətdə sülh müqaviləsinin bağlanması mümkün olmayacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.225084