Çexiya parlamenti Rusiya hakimiyyətini “terrorçu rejim” adlandırdı

2022-11-17 09:58:00

Çexiya parlamenti Rusiya hakimiyyətini “terrorçu rejim” adlandırdı

Hurriyyet.az “Azadlıq radiosu”nun rus redaksiyasına istinadla xəbər verir ki, Çexiya parlamenti Rusiya iqtidarını “terrorçu rejim” hesab adlandıran qətnamə qəbul edib.

Çexiya parlamentinin aşağı palatasının qəbul elədiyi qətnamədə Rusiyada fəaliyət göstərən rejimin “terrorçu” olduğu bildirilir. Sənədin mətni parlamentin saytında dərc edilib.

Noyabrın 15-də keçirilmiş səsvermə nəticəsində qəbul edilmiş qətnamədə Rusiyanın Ukraynaya hücumu, enerji infrastrukturu obyektlərinə zərbələri pislənilir, Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi məqsədi ilə keçirilən referendumların nəticələrinin tanınmadığı bildirilir.

Deputatlar müharivə zamanı törədilən cinayətlərin araşdırılması və Beynəlxalq Cinayət Məhkəməsinin təhqiqatı üçün xüsusi beynəlxalq tribunal yaradılması təşəbbüsünü dəstəkləyiblər.

200 deputatdan 129-u qətnamənin lehinə, 14-ü əleyhinə səs verib, 57 nəfər səsvermədə iştirak etməyib.

Çexiya Avropa İttifaqının embarqosundan sonra da Rusiyadan enerji daşıyıcıları almağa davam edən az sayda ölkələrdən biridir. Ölkəyə “Drujba” neft kəməri ilə tədarük edilən neftə bu məhdudiyyətlər tətbiq edilmir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.130843