Saat:00:38
Haqqımızda

Çexiya öz vətəndaşlarını Rusiyanı tərk eləməyə çağırdı

2022-10-03 20:09:00

Çexiya öz vətəndaşlarını Rusiyanı tərk eləməyə çağırdı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çexiyanın Xarici İşlər Nazirliyi Çexiya vətəndaşlarını Rusiyanı tərk eləməyə çağırıb. Nazirlik Ukraynada baş verən hadisələrlə əlaqədar vəziyyətin pisləşəcəyi ehtimalı ilə əlaqədar Rusiyada yaşayan çexiyalılara tezliklə buranı tərk eləməyi tövsiyə edib. Müvafiq sənəd XİN-in saytında dərc edilib.

Sənəddə deyilir: “Çexiya XİN vətəndaşlarımızı bu ölkəni (RF) tərk eləməyə çağırır. RF-nin Ukraynaya hərbi təcavüzünün davam eləməsi ilə əlaqədar və (Rusiyada) təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi təhlükəsinin mümkünlüyü ilə bağlı, Çexiya XİN ilk növbədə Avropa İttifaqı və NATO ölkələrinin vətəndaşlarına RF ərazilərinə səfərlərdən çəkinmələri üçün xəbərdarlıq edir”.

Nazirlik onu da qeyd edib ki, Rusiya ilə Aİ və NATO ölkələri arasındakı münasibətlərin kəskinləşməsi səbəbindən Çexiyanın Moskvadakı səfirliyinin işində məhdudiyyətlər ola bilər.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR