"Cəsarətiniz çatırsa, bircə kəndi azərbaycanlılardan geri alın" - Şurayev Keosayanın təhqirlərinə CAVAB VERDİ

2022-04-28 23:05:00

Qazaxıstandan ssenarist Arman Şuraev təbliğatçı Keosayanın təhqirlərinə cavab verib.

O, bu barədə videomüraciət paylaşıb.

“Sənin bu psixoloji zöhrəvi xəstəliyinin müalicəsi çətindir. Bilmirəm, Marqo (Simonyan) sizə yoluxdurub, yoxsa siz onu yoluxdurmusunuz. Amma sizin Kamasutra belə, geri dönməz nəticələrə gətirib çıxarıb. Və, Tiqran, qazax xalqını təhqir etməzdən əvvəl bunun nəticələrini düşünməli idin. Qazaxıstanda on minlərlə soydaşın – erməni yaşayır. Sən onları da pis vəziyyətdə qoydun”, – Şurayev bildirib.

“Qələbə Gününü qeyd etməməyimizə gəlincə, parad ləğv edildi. Deyə bilərəm ki, bütün qazaxlar demək olar ki, 100% Ukraynanın Rusiya üzərində qələbəsini gözləyirlər və biz Ukraynanın bu Qələbə Gününü göz yaşları və sevinclə qeyd edəcəyik”, – deyə Şuraev qeyd edib.

Şurayev Keosayanın hədələrinə belə cavab verib:

“İlyarım bundan əvvəl şanlı Azərbaycan Ordusu öz torpaqlarını – Qarabağı geri qaytardı. Belə cəsarətlisənsə, hünərin varsa, Marqonu da götür, silahlan, özün kimi “ağıllı” erməni dostlarını da yanına al, gedin bircə kəndi geri alın azərbaycanlılardan, ondan sonra gəlin görün kazaxlar döyüşə bilir, ya yox”.

 

Konkret


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya