Cənubi Qafqazda müharibə olmayacaq - İranın müdafiə naziri

2023-09-13 12:57:13

Cənubi Qafqazda müharibə olmayacaq - İranın müdafiə naziri

Azərbaycan Respublikası ilə Ermənistan arasında yaranmış gərginliyə cavab olaraq deyim ki, regionda müharibə olmayacaq və İslam Respublikasının regionun geosiyasəti ilə bağlı mövqeyi bəllidir.

Hurriyyet.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Məhəmmədrza Aştiani deyib.

Hökumət iclasının kuluarı zamanı o, jurnalistlərə bildirib: "Silahlı Qüvvələrin Baş Qərargahında bununla bağlı keçirilən son görüş və məsləhətləşmələrə əsasən, mövqelərimiz tamamilə aydındır və regionun geosiyasətində dəyişikliklərə dair bir təklifi qəbul etmirik. Bu, hamıya aydındır".

General Aştiyani Qafqaz regionunda baş verən proseslərin monitorinqinə istinadla əlavə edib: "Hazırkı tendensiya göstərir ki, bölgədə xüsusi bir şey olmayacaq".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.154701