Cənab Putin, ordunu geri çək! - Ştaynmayer

Vladimir Putin Ukrayna ərazisində hərbi əməliyyatları dayandırmalı və Vladimir Zelenski ilə danışıqlara başlamalıdır.
Hurriyyet.az xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.
“Cənab Putin, Ukraynada əzabları və dağıntıları dayandırın! Qoşunlarınızı geri çəkin! Prezident Zelenski ilə birbaşa və ciddi danışıqlardan imtina etməyin”, - Ştaynmayer bildirib.
O qeyd edib ki, Putinin aqressiv müharibəsi təkcə Ukraynadakı insanlara təsir etmir:
“Dünyada taxılın qiyməti qalxıb, çünki Rusiya Ukrayna limanlarında milyonlarla ton taxılın ixracına mane olur. Dünyanın bir çox bölgələri aclıq və ölümlə üz-üzədir. Putin müharibəsinin nəticələri hələ koronavirus pandemiyasından “sağalmamış” dövlətlərə və iqlim böhranı səbəbindən torpağın quruduğu bölgələrə təsir edəcək”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya