"...cənab Prezidentə kiçik bir müraciətim olacaq" - – ELDAR SABİROĞLU YAZIR

2022-11-16 19:25:00

Erməni ermənini həmişə müdafiə edib.Bundan əndişələnmək lazım deyil. Məsələn, Emma(nuel) Makrondan başqa nə gözləmək olardı ki? Adam tərtəmiz ermənidir. Anasının adına diqqətlə baxın: Emma!!! Ana adıyla Fransa ictimaiyyətində məşhurlaşan, Makronyan familiyası ilə tanınan hazırkı prezident Emma(nuel) Makron(yan) haqda, onun milliyəti, ana və atasının, hətta ana babasının kimliyi barədə araşdırmalarımı dövri mətbuatda çap etdirmişəm.

Təxminən bir ay əvvəl isə  hörmətli Vüqar Tofiqoğlunun təqdimatında "Hürriyyət" tv-də səsləndirildi. Ana babası Hrant Movsesoviçin Türkiyənin Van şəhərindən İrəvana qaçması və sonralar oradan Fransaya köçməsi barədə  araşdırmalarıma Azərbaycanda əhəmiyyət verən olmadı. İndi bar-bağırırlar. Halbuki bunun yayımına və ünvanına çatmasına çalışılsaydı, nə qədər pis görünərdi. Xaricdən saysız - hesabsız dövlətimizin və onun rəhbərinin ünvanına olmazın yalan xəbərləri yayılır. Ölkədə də,  bunun həvəsində olanlar var. Bu məqamda cənab Prezidentə kiçik bir müraciətim olacaq. Siz bir dövlət başçısı olaraq mübaliğəsiz deyirəm, adınızı tarixin elə bir səhifəsinə yazmısınız ki, o səhifə heç bir vaxt ləkə götürməyəcək. Səmimi sözlərimdir. Ancaq möhtəşəm işinizin təbliği heç də qaneedici deyildir. Təriflər, təntənəli söz və fikirlər əvəzinə Sizin müdrikcəsinə apardığınız siyasətin dərindən təhlilini dünyaya çatdıracaq məqalələrə və araşdırma yazılara az rast gəlinir.

 

Eldar SABİROĞLU,

Sabiq millət vəkili, ehtiyatda olan polkovnik


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.175519