Çempionlar Liqası: “Qarabağ” Macarıstan klubu ilə heç-heçə edib - YENİLƏNİB + VİDEO

2022-08-03 23:34:00

Çempionlar Liqası: “Qarabağ” Macarıstan klubu ilə heç-heçə edib - YENİLƏNİB + VİDEO

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

"Köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan və isveçli FIFA referisi Andreas Ekberqin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. \\Oxu.Az

21:12

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

İlk yarıdan sonra hesab 1:1-dir.

Qonaqlardan Frank Boli, meydan sahiblərindən isə Kvabena Ovusu fərqlənib.\\Oxu.Az

21:00

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.\\Oxu.Az

20:56

"Qarabağ"ın Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçirdiyi UEFA Çempionlar Liqasının ilk oyununda vurduğu qol ləğv edilib.

İlk hissəsnin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə İbrahima Vadji 2-ci topu qonaqların qapısından keçirib.

Lakin VAR sisteminin müdaxiləsindən sonra qol qeydə alınmayıb. Buna səbəb məhsudar ötürməni verən Marko Veşoviçin topu qəbul ofsaydda olması səbəb olub.

Qeyd edək ki, hazırda matçda fasilədir və hesab 1:1-dir.

\\Oxu.Az

20:37

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

35-ci dəqiqədə Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1.

\\Oxu.Az

20:20

"Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada qonaqlar önə keçib - 0:1.

Frank Boli 17-ci dəqiqədə fərqlənib. 

\\Oxu.Az

20:01

"Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlaylb.

Matçı Andreas Ekberqin başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edir.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.\\Oxu.Az

18:43

Bakıda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Macarıstan "Ferentsvaroş"unun start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

"Ferentsvaroş": 90. Deneş Dibus, 3. Sami Mmae, 4. Mats Knuster, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Aissa Laiduni

Baş məşqçi: Stanislav Çerçesov

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.\\Oxu.Az

08:52

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

"Köhlən atlar” III təsnifat mərhələsinin ilk matçında Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi isveçli Andreas Ekberq olacaq.

Ağdam təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan çempionuna qarşı ilk matçı buraxacaqlar. Qonaqlardan isə Henri Vinqo zədə səbəbindən meydana çıxa bilməyəcək.

Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun
3 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Ferentsvaroş” (Macarıstan)
Hakimlər:
 Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)

VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtı Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Qarabağ” – “Ferentsvaroş” cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.\\Oxu.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060901