Çempionlar Liqası: "Ayaks" və "Ayntraxt"dan darmadağın, "Viktoriya" "Barselona"ya qarşı - YENİLƏNİR

2022-09-08 00:02:00

Çempionlar Liqası:

Bu gün UEFA Çempionlar Liqasında I tura yekun vurulacaq.

2-ci oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma keçiriləcək.

A qrupunda "Ayaks" Niderlandda Şotlandiya "Reyncers"ini meydana çıxdığına peşman edib - 4:0. Qrupun digər matçında "Napoli" "Liverpul"u qəbul edəcək.

B qrupunda "Portu" İspaniyada "Atletiko Madrid"in, "Bayer Leverkuzen" Belçikada "Brügge"nin qonağı olacaq.

C qrupunda pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) klubu İspaniyada "Barselona" ilə qarşılaşacaq. Bu qrupun digər matçında isə İtaliya "İnter"i evdə Almaniya "Bayern Münhen"ini sınağa çəkəcək.

D qrupunda Avropa Liqasının son qalibi olan "Ayntraxt" (Frankfurt) Almaniyada Portuqaliya "Sportinq"ini darmadağın edib. Daha gec başlayacaq dueldə "Tottenhem" "doğma divarlar arası"nda "Olimpik Marsel" ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrup mərhələsinin I turunun ilk 8 oyunu ötən gün keçirilib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

7 sentyabr

A qrupu

Ayaks (Niderland) – Reyncers (Şotlandiya) 4:0
Qollar:
 Alvares, 17. Berqeys, 32. Kudus, 33. Berqveyn, 80.

23:00. "Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə)

B qrupu

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya)

23:00. "Brügge" (Belçika) - "Bayer" (Almaniya)

C qrupu

23:00. "Barselona" (İspaniya) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "İnter" (İtaliya) - "Bayern Münhen" (Almaniya)

D qrupu

Ayntraxt (Almaniya) – Sportinq (Portuqaliya) 0:3
Qollar:
 Edvards, 65. Trinkao, 67. Santos, 82.

23:00. "Tottenhem" (İngiltərə) - "Olimpik Marsel" (Fransa) \\Fanat.Az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057079