Cəmil Məmmədli həbs edildi
2023-08-24 11:50:22

Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli həbs edilib.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.
Bu gün keçirilən hazırlıq iclasında prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək həbs edilməsinin zəruri olduğunu deyib.
Məhkəmə vəsatəti əsaslı hesab edib.
Qərara əsasən C.Məmmədli barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya