"Çelsi" Türkiyə millisinin ulduz futbolçusunu transfer edir

2022-05-25 22:04:00

"Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

London təmsilçisi "Lester"in türkiyəli müdafiəçisi Çağlar Söyüncünü sıralarına qatmaq üçün çalışır.

"Zadəganlar"ın baş məşqçisi Tomas Tuxel rəhbərliyə 25 yaşlı oyunçunun transferinin komanda üçün vacib olduğunu bildirib.

Hazırda Premyer Liqa təmsilçiləri arasında danışıqlar aparılır. Çağlar üçün təklif olunan məbləğ isə bəlli deyil.

Qeyd edək ki, adıçəkilən futbolçu 2018-ci ildən "Lester"in uğurları üçün çalışır.\\Offsideplus.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya