Saat:13:55
Haqqımızda

"Çelsi" PSJ-nin məşhur futbolçusunu 100 milyon avroya transfer edir!

2021-09-25 21:09:00

"Çelsi" klubu heyətini daha bir futbolçuyla gücləndirmək niyyətindədir.

London təmsilçisi PSJ-nin braziliyalı müdafiəçisi Markinyosa "elçi" düşüb. "Zadəganlar"ın baş məşqçisi Tomas Tuxel 27 yaşlı "sambaçı"nı komandasında görmək istəyində israrlıdır.

"RMC Sport" nəşrinin məlumatına görə, "Çelsi" adıçəkilən futbolçu üçün qarşı tərəfə 100 milyon avro təklif edib. Markinyosun sabiq komanda yoldaşı Tiaqo Silva ilə eyni klubda oynamaq istədiyi də bildirilir.

Qeyd edək ki, Braziliya millisinin də şərəfini qoruyan Markinyos 2013-cü ildən PSJ-nin uğurları üçün çalışır. \\Offsideplus.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR