Saat:21:32
Haqqımızda

"Çelsi" Mudrikin "10 nömrə"sini başqa futbolçuya verdi

2025-06-05 22:41:53

"Çelsi"də 10 nömrəli formanın yeni sahibi bəlli olub.

İngiltərə millisinin hücumameyilli yarımmüdafiəçisi Koul Palmer həmin nömrə ilə çıxış edəcək.

Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Palmer 2023-cü ilin sentyabrında 47 milyon avroya "Mançester Siti"dən transfer olunduqdan sonra "Çelsi"də 20 nömrəli formanı geyinir. Bununla belə, ingilis futbolçu yaxında ABŞ-də start götürəcək 2025-ci il klublararası dünya çempionatından başlayaraq 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Çelsi"nin heyətində 10 nömrəli formanı 2023-cü ilin yayından Mixail Mudrik geyinirdi. Ukraynalı London klubunda ilk 6 ayda "15 nömrə" ilə çıxış edib.

Qeyd edək ki, Mudrik dekabrın ortalarında dopinq testindən keçə bilməyib. "Çelsi"nin cinah oyunçusunun bədənində qadağan olunmuş dərman - meldonium aşkarlanıb. Onu 4 ilə qədər müddətə diskvalifikasiya gözləyir.  Ukraynalı futbolçu sonuncu dəfə "Çelsi"nin iştirak ərizəsinə dekabrın 1-də "Aston Villa" ilə oyunda daxil olub. O, London klubunun heyətində 2024/25 mövsümündə 15 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. \\Fanat.Az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.162417