Saat:21:02
Haqqımızda

"Çelsi" Fransa klubunun 19 yaşlı oyunçusu ilə razılığa gəldi - SON DURUM

2025-01-20 21:29:08

"Strasburq"un mərkəz müdafiəçisi Mamadu Sarr böyük ehtimalla karyerasını İngiltərədə davam etdirəcək. 

Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. 

Xəbərə görə, "Çelsi" 19 yaşlı müdafiəçinin keçidi ilə bağlı fransızlarla razılığa gəlib. Gənc futbolçunun yayda London klubuna keçəcəyi və gələn mövsümdən Premyer Liqada oynayacağı bildirilir.  

Müdafiəçinin transfer qiyməti bonuslarla birlikdə 15 milyon avro olacaq. 

Mamadu bu mövsüm Fransa Liqa 1-də 12 matça çıxaraq bir məhsuldar ötürmə ilə yadda qalıb. \\Fanat.Az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.158703